İlon Mask 44 milyard dollara "Twitter"i satın alıb - VİDEO

İlon Mask 44 milyard dollara "Twitter"i satın alıb - VİDEO
# 25 aprel 2022 23:13 (UTC +04:00)

“Twitter” şirkəti İlon Maskla 44 milyard dollar dəyərində sövdələşməyə razılaşıb.

APA-nın CNN-ə istinadən verdiyi məlumata görə, müqavilə Maskın keçən həftə şirkəti əldə etmək üçün 46,5 milyard dollar maliyyə vəsaiti ayırdığı açıqlamasından sonra baş verib.

Maskın təklifindən sonra “Twitter”-in İdarə Heyəti bu təklifi müzakirə etmək üçün toplaşıb.

“Ümid edirəm ki, mənim ən pis tənqidçilərim belə "Twitter"-də qalacaq, çünki bu, azad söz deməkdir”,- deyə Mask bildirib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR