İlon Mask “Mançester Yunayted” klubunu almayacağını deyib - YENİLƏNİB

İlon Mask

© APA | İlon Mask

# 17 avqust 2022 11:04 (UTC +04:00)

“Space X” və Tesla şirkətlərinin sahibi olan amerikalı sahibkar İlon Mask İngiltərənin “Mançester Yunayted” futbol klubunu almaq niyyətində olmadığın bildirib.

APA xarici KİV-ə istinadən xəbər verir ki, o klubu almaq barədə "Twitter” hesabında yazdığı sözləri zarafat adlandırıb.

İlon Mask heç zaman idman klubu almayacağını bəyan edib.

***

07:05

“Space X” və Tesla şirkətlərinin sahibi olan amerikalı sahibkar İlon Mask İngiltərənin “Mançester Yunayted” futbol klubunu almaq niyyətində olduğunu bildirib.

APA xəbər verir ki, Mask bu barədə “Twitter” hesabında məlumat yayıb.

O, ABŞ-dakı daxili siyasi vəziyyətlə bağlı fikirlərinə münasibət bildirərkən, “Bundan başqa, mən “Mançester Yunayted”i alıram”,- deyə paylaşımında bildirib.

O, hələlik müqavilə və futbol klubu ilə bağlı planlar barədə heç bir məlumat verməyib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR