Kanada bir neçə Moldova vətəndaşına və “Şor” partiyasına sanksiya tətbiq edib

Melani Coli

© APA | Melani Coli

# 01 iyun 2023 17:29 (UTC +04:00)

Kanada hökuməti 7 nəfər Moldova vətəndaşına və ölkənin müxalif “Şor” partiyasına qarşı sanksiya tətbiq edib.

APA xəbər verir ki, bu barədə məlumat Kanada Xarici İşlər Nazirliyinin rəsmi saytında dərc edilib.

Məlumatda deyilir ki, siyahıya partiya lideri İlan Şor və moldovalı iş adamı Vladimir Plahotnyuk (Vladimir Plahotniuc) daxil edilib.

Qeyd edək ki, Kanadanın xarici işlər naziri Melani Coli (Melanie Joly) bu gün Norveçin paytaxtı Oslo şəhərində NATO xarici işlər nazirlərinin qeyri-rəsmi görüşü zamanı bildirib ki, Kanada hakimiyyət orqanlarının fikrincə, Moldovanın işlərinə müdaxilə etməyə çalışan rus oliqarxlarına rəsmi Ottava sanksiya tətbiq edəcək.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR