Hindistan hökuməti yüksək səviyyəli kanadalı diplomatı ölkədən çıxarır.
APA xəbər verir ki, bu barədə Hindistan Xarici İşlər Nazirliyi məlumat yayıb.
Qeyd edək ki, Kanada hökuməti Hindistan diplomatını ölkədən çıxardıqdan sonra qarşı tərəf kanadalı diplomatın ölkəni tərk etməsi üçün 5 gün müddət təqdim edib.
***
09:19
Kanada hökuməti yüksək səviyyəli Hindistan diplomatını ölkədən çıxarıb.
APA xəbər verir ki, bu barədə Kanada Xarici İşlər Nazirliyi məlumat yayıb.
Rəsmi Ottava bəyan edib ki, məhz həmin diplomat ölkədə Hindistan kəşfiyyatına rəhbərlik edib.
Bir müddət öncə Kanada hökumətinin başçısı bildirmişdi ki, Hindistan hakimiyyətinin Britaniya Kolumbiyasında sinqh icmasının liderinin iyun ayında öldürülməsində iştirakına dair şübhələr var.
Hindistan Xarici İşlər Nazirliyi Kanadanın ittihamlarını absurd və əsaslandırılmamış adlandırıb.