Kanada Ukraynaya ağır artilleriya yollayıb

 Kanada Ukraynaya ağır artilleriya yollayıb
# 23 aprel 2022 04:21 (UTC +04:00)

Kanada Ukraynaya ağır artilleriya təchiz edib.

APA-nın “Ria Novosti”yə istinadla xəbərinə görə, bu barədə Kanada MN məlumat yayıb.

Sənəddə göstərilir ki, Kanada Ukrayna ordusuna 155 mm-lik M777 haubitsaları və müvafiq sursat verib. Haubitsaların atəş məsafəsi 30 kilometrdir.

Ottava eyni zamanda Ukraynaya zirehli maşın verilməsi və PUA-lara texniki xidmət mnəsələsini müzakirə edir. Bir müddət əvvəl ölkə Ukraynaya tank əleyhinə qumbaralar verib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR