Kanada Ukraynaya “Leopard 2” tankları verir - YENİLƏNİB

Kanada Ukraynaya “Leopard 2” tankları verir - YENİLƏNİB
# 26 yanvar 2023 22:04 (UTC +04:00)

Kanada hökuməti Kanada Müdafiə Nazirliyinin balansında olan dörd “Leopard 2” tankını Ukraynaya təhvil verəcək.

APA-nın TASS-a istinadla xəbərinə görə, bunu Kanadanın milli müdafiə naziri Anita Anand bildirib.

"Bu gün mən Kanadanın yaxın həftələrdə Ukraynaya dörd “Leopard 2” tankı tədarük edəcəyini elan edirəm" nazir əlavə edib.

Anand həmçinin qeyd edib ki, Ukrayna hərbçilərinə təlim keçmək üçün kanadalı təlimçilər cəlb ediləcək.

***

21.40

Kanada Ukraynaya 4 ədəd “Leopard 2” tankı verəcək.

APA-nın TASS-a istinadla xəbərinə görə, bu barədə Kanadanın Müdafiə Nazirliyi məlumat yayıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR