Kanadada aerodromlar F-35 qırıcıları üçün hazırlanır

Kanadada aerodromlar F-35 qırıcıları üçün hazırlanır
# 26 mart 2023 03:11 (UTC +04:00)

Kanada yeni F-35 döyüş təyyarələrini yerləşdirmək üçün hərbi aviasiya infrastrukturunu təkmilləşdirir.

APA-nın məlumatına görə, bu barədə Kanada hökumətinin saytında məlumat verilib.

Bu planı həyata keçirmək üçün Kanada 7,3 milyard Kanada dolları (təxminən 5,6 milyard ABŞ dolları) xərcləyəcək. Bu vəsaitə onlar aerodromları modernləşdirəcək və qırıcı təyyarələr üçün yeni qurğular tikəcəklər. Kanada Hərbi Hava Qüvvələri Amerika istehsalı olan ən son F-35 döyüş təyyarəsini qəbul etməyə hazırlaşır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR