Kanadada meymumçiçəyinə 10 yeni yoluxma aşkar edilib

Kanadada meymumçiçəyinə 10 yeni yoluxma aşkar edilib
# 25 may 2022 08:07 (UTC +04:00)

Kanadanın Kvebek əyalətində meymumçiçəyinə 10 yeni yoluxma aşkar edilib.

APA-nın xəbərinə görə, bu barədə əyalətin səhiyyə rəsmiləri məlumat verib. Bununla da Kanadada meymunçiçəyinə yoluxanların sayı 15 nəfərə çatıb.

Rəsmi mənbələr bildirib ki, əyalətdə müalicə üçün kifayət qədər dərman ehtiyatı var. Lakin yoluxanların heç birinin vəziyyəti ağır olmadığı üçün xüsusi müalicəyə ehtiyac yoxdur.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR