Kanadada meymunçiçəyinə yoluxanların sayı 112 nəfərə çatıb

Kanadada meymunçiçəyinə yoluxanların sayı 112 nəfərə çatıb
# 13 iyun 2022 04:11 (UTC +04:00)

Kanadanın Səhiyyə Nazirliyi ölkədə meymunçiçəyinə yoluxanların sayının 112 nəfərə çatdığını təsdiq edib.

APA xəbər verir ki, bu barədə məlumat nazirliyin saytında yerləşdirilib. Bir həftə öncə Kanadanın Səhiyyə Nazirliyi 71 yoluxma halı barədə məlumat yaymışdı.

Ən çox yoluxma halı (98 nəfər) Kvebek əyalətində qeydə alınıb. Ontarioda 9, Albertada 4 nəfər yoluxub. İlk xəstə Britaniya Kolumbiyasında qeydə alınıb.


#
#

ƏMƏLİYYAT İCRA OLUNUR