Kanadada qətllərin sayında antirekord qeydə alınıb

Kanadada qətllərin sayında antirekord qeydə alınıb
# 22 noyabr 2022 05:41 (UTC +04:00)

Kanadada 2021-ci ildə qətllərin sayında antirekord qeydə alınıb.

APA xəbər verir ki, bu barədə Kanadanın Statistika Xidməti məlumat yayıb.

Bildirilir ki, 2021-ci ildə 788 qətl hadisəsi baş verib ki, bu da 1991-ci ildəki rekordu üstələyib. Həmin vaxt ölkədə 754 qətl qeydə alınmışdı. Ölkədə 3 ildir cinayətkarlıq ardıcıl olaraq artır.

Ölkənin ən kriminal zonaları Ontario və Britaniya Kolumbiyası əyalətləri hesab edilir. Ötən il Ontarioda 277, Britaniya Kolumbiyasında 125 qətl qeydə alınıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR