Kanadanın Albert ştatında fövqəladə vəziyyət elan edilib

Kanadanın Albert ştatında fövqəladə vəziyyət elan edilib
# 07 may 2023 11:06 (UTC +04:00)

Meşə yanğınları ilə bağlı Kanadanın Albert ştatında fövqəladə vəziyyət elan edilib.

APA-nın xəbərinə görə, ştatın Baş naziri Daniel Smit bildirib ki, bütün resurslar pressedenti olmayan böhranla mübarizəyə yönəldilməlidir.

Yerli hakimiyyətinə məlumatına görə, 25 min insan evini tərk etmək məcburiyyətində qalıb. İnsanların bəzilərini qayıq və vertolyotla təxliyə etmək lazım gəlib. Min sakinə isə təxliyəyə hazır olmaq tapşırılıb.

Ötən axşam sürətlə yayılan 109 yanğın ocağı aşkarlanıb, onlardan 30-nu hələ də nəzarət altına almaq mümkün olmayıb. Daniel Smit qeyd edib ki, quraq yaz aylarında meşədə yanğının baş verməsi üçün bir neçə qığılcım kifayət edir. İndiyə qədər artıq 122 min hektar meşə sahəsi yanıb.

Kanada ictimai təhlükəsizlik və fövqəladə hallara hazırlığın təmini naziri Uilyam Bler zəruri halda federal hökumətin yanğınların söndürülməsinə dəstək verməyə hazır olduğunu açıqlayıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR