Kanadanın baş naziri Çin Hərbi Hava Qüvvələrinin KXDR yaxınlığındakı hərəkətlərindən narahatdır

Kanadanın baş naziri Castin Trüdo

© APA | Kanadanın baş naziri Castin Trüdo

# 03 iyun 2022 03:55 (UTC +04:00)

Kanadanın baş naziri Castin Trüdo Çin Hərbi Hava Qüvvələrinin KXDR yaxınlığındakı hərəkətlərindən narahat olduğunu bildirib.

APA TASS-a istinadən xəbər verir ki, hakimiyyət Koreya yarımadası regionunda kanadalı hərbi pilotların təhlükəsizliyini təhdid edən Çin Hərbi Hava Qüvvələrinin pilotlarının hərəkətlərindən narahatdır.

“Biz bu vəziyyəti çox ciddi qəbul edirik. Çinin buna getməsi çox narahatlıq doğurur!,- deyə Trüdobildirib.

Baş nazir xatırladıb ki, Kanada Koreya yarımadası regionunda BMT Təhlükəsizlik Şurasının KXDR-ə tətbiq etdiyi sanksiyalara lazımi şəkildə riayət olunmasını təmin etmək üçün nəzərdə tutulmuş beynəlxalq missiyada iştirak edir.

“Biz bu məsələni birbaşa Çin rəsmiləri və tərəfdaşlarımızla qaldıracağıq” ,- deyə Trüdo bildirib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR