ABŞ-da prezident Co Baydenin milli borc tavanı ilə bağlı qərarından sonra müdafiə və orduya ayrılan xərclər azalacaq.
APA-nın xəbərinə görə, bu barədə “The Wall Street Journal” məlumat yayıb.
Nəşr yazır ki, ABŞ-ın borc tavanı üzrə razılaşması o deməkdir ki, Vaşinqtonun hərbi xərcləri ÜDM-in 3%-i qədər azala bilər.
Nəşr qeyd edir ki, ABŞ hakimiyyətinin hərəkətləri 2025-ci ilə qədər Amerikadakı donanmanın həcmini 286 gəmiyə qədər azaldacaq, Çin isə əksinə, “Tayvanı tabe etmək” üçün nəzərdə tutulmuş donanma qurur.