KİV: ABŞ-da sinaqoqda insanları girov götürən Britaniya vətəndaşı olub - YENİLƏNİB-2

KİV: ABŞ-da sinaqoqda insanları girov götürən Britaniya vətəndaşı olub  - YENİLƏNİB-2
# 16 yanvar 2022 16:18 (UTC +04:00)

ABŞ-ın Texas ştatının Kolleyvil şəhərindəki sinaqoqda insanları girov götürən və xüsusi əməliyyat zamanı öldürülən şəxs Böyük Britaniya vətəndaşı olub.

APA-nın xəbərinə görə, bu barədə “Sky News” telekanalı öz mənbələrinə istinadən məlumat yayıb.

Qeyd edilib ki, sinaqoqdan canlı yayım zamanı həmin şəxsin Böyük Britaniya aksenti ilə danışdığını da eşitmək mümkün idi.

Böyük Britaniya Xarici İşlər Nazirliyi hələlik bu məlumatı nə təsdiq, nə də təkzib edib. Bildirilib ki, britaniyalı diplomatlar yerli hakimiyyətlə əlaqədədirlər və vəziyyəti diqqətlə izləyirlər.

***

saat 08.46

ABŞ-ın Texas ştatının Kolleyvil şəhərindəki sinaqoqda naməlum şəxsin girov götürdüyü insanların hamısı azad edilib.

APA xəbər verir ki, bunu Texas qubernatoru Qreq Abbott “Twitter”də bildirib.

“Dualar cavablandırıldı. Bütün girovlar sağ-salamat azadlıqdadır", deyə Abbott yazıb.

“Fort Worth Star-Telegram” konqresmen Beth van Dyneyə istinadən məlumat verib ki, insanları girov götürən şəxs ölüb. Lakin bu xəbər rəsmən təsdiqini tapmayıb.

Bəzi məlumatlara görə, naməlum şəxs terrorizmdə təqsirli bilinən pakistanlı alim Aafia Saddikinin qardaşıdır. Saddikinin vəkili isə bu məlumatların doğru olmadığını bildirib.

***

06.11

Şənbə günü ABŞ-ın Texas ştatının Kolleyvil şəhərindəki sinaqoqda naməlum şəxsin girov götürdüyü insanlardan bi nəfəri azad ediblər.

APA xəbər verir ki, bu barədə şəhər polisinin yaydığı məlumatda deyilir.

Bildirilib ki, hələlik girovlardan kimsə xəsarət almayıb:

“Federal Təhqiqatlar Bürosunun əməkdaşları şübhəli şəxslə danışıqları davam etdirirlər. Binada daha üç girov qalıb. Girov götürülməsindən altı saatdan çox vaxt keçir”.

Qeyd edəkki, yerli media silahlı şəxs terrorizmdə təqsirli bilinən Aafia Siddikkanın qardaşı olduğunu iddia edir və onun azadlığa buraxılmasını tələb edir. Siddikka Texasdakı Hərbi Hava Qüvvələrinin bazasında cəza çəkir. O, 2010-cu ildə ABŞ əsgərini öldürməyə cəhdə görə 86 il azadlıqdan məhrum edilib. “Əl-Qaidə” terror qruplaşması ilə əlaqədə şübhəli bilinir.

Hazırda xüsusi xidmət orqanları şübhəlinin şəxsiyyətini müəyyənləşdirir.

***

01:10

Ağ Ev Texas ştatının Kolleyvil şəhərindəki sinaqoqda naməlum şəxsin insanları girov götürdüyü hadisəni izləyir.

APA CNN-ə istinadən xəbər verir ki, polisin məlumatına görə, indiyədək heç kim xəsarət almayıb.

Kəşfiyyat orqanları hadisəni törədən şəxsin kimliyini müəyyənləşdirir.

ABC telekanalı dörd nəfərin, o cümlədən bir ravvin girov götürüldüyünü bildirib. Girov götürən şəxsdə partlayıcı olduğunu iddia edir.

Cinayətkarın terrorizmdə təqsirli bilinən bacısının həbsdən azad edilməsini tələb edir.

***

00:38

ABŞ-ın Texas ştatının Kolleyvil şəhərində naməlum şəxs sinaqoqdakı insanları girov götürüb.

APA xəbər verir ki, bu barədə “BNO News” telekanalı məlumat yayıb.

Naməlum şəxs sinaqoqa heç kimi buraxmır, əks halda girovları öldürəcəyi ilə hədələyir.

Onun silahlı olduğu bildirilir.

Polis və xüsusi təyinatlılarla yanaşı, Federal Təhlükəsizlik Bürosunun əməkdaşları da hadisə yerinə cəlb edilib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR