KİV: ABŞ “START” müqaviləsinin məhdudiyyətlərinə 2026-cı ilə qədər riayət etməyi təklif edəcək

KİV: ABŞ “START” müqaviləsinin məhdudiyyətlərinə 2026-cı ilə qədər riayət etməyi təklif edəcək
# 02 iyun 2023 15:13 (UTC +04:00)

ABŞ “START” müqaviləsinin məhdudiyyətlərinə 2026-cı ilə qədər riayət etməyi təklif edəcək.

APA xəbər verir ki, bu barədə “Reuters” agentliyi ABŞ rəsmilərinə istinadən məlumat yayıb.

Nəşrin yazdığına görə, rəsmi Vaşinqton Moskva ilə nüvə silahlarına nəzarətlə bağlı danışıqları bərpa etməyə, o cümlədən “Strateji Hücum Silahlarının azaldılması Müqaviləsi”ni (START-3) yeni razılaşma ilə əvəz etməyə hazırdır.

Qeyd olunub ki, ABŞ Prezidentinin təhlükəsizlik məsələləri üzrə müşaviri Ceyk Sallivan Silahlara Nəzarət Assosiasiyasında çıxışı zamanı belə bir təklif irəli sürəcək.

Xatırladaq ki, 2010-cu ildə ABŞ və Rusiya arasında “Strateji Hücum Silahlarının azaldılması Müqaviləsi” (START-3) imzalanıb.

Rusiya Prezidenti Vladimir Putin 21 fevralda ölkəsinin “START” müqaviləsində iştirakını dayandırdığını, lakin ondan çıxmadığını bəyan edib və bunun ardınca 1 mart tarixində isə Putin Rusiyanın müqavilədə iştirakını dayandıran qanunu imzalayıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR