KİV: ABŞ və Aİ arasında Çinə yanaşmada fikir ayrılığı var

KİV: ABŞ və Aİ arasında Çinə yanaşmada fikir ayrılığı var
# 31 oktyabr 2022 13:28 (UTC +04:00)

ABŞ nümayəndələri Avropadakı həmkarları ilə Çinə qarşı ixrac məhdudiyyətlərinin tətbiqinin mümkünlüyünü müzakirə edir.

APA xəbər verir ki, bu barədə məlumatı “Bloomberg” öz mənbələrinə istinadən yayıb.

Avropa İttifaqı (Aİ) ABŞ-ın mövqeyi ilə razı deyil və Rusiya mövzusundakı yanaşmanı Çinə tətbiq etməyi planlaşdırmır.

Rəsmi Vaşinqton isə Rusiyaya qarşı tətbiq etdiyi sanksiya siyasətindən nəticə çıxararaq, eyni metodlardan Çinə qarşı istifadə edərək ixrac məhdudiyyətləri tətbiq etməyi vacib sayır.

Xatırladaq ki, dekabr ayında ABŞ və Aİ Şurası arasında ikitərəfli ticarət və texnologiya sahəsində görüş gözlənilir.

Avropa ölkələrinin bəziləri bu məsələyə ehtiyatla yanaşır və bu səbəbdən də bu gün ABŞ nümayəndəsi Ketrin Tay və Aİ ölkələri ticarət nazirləri arasında Praqada keçiriləcək görüş zamanı Çinə məhdudiyyət tətbiqi məsələsinin müzakirə olunacağı dəqiq məlum deyil.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR