KİV: ABŞ və müttəfiqləri Rusiyanın nüvə silahlarına nəzarəti gücləndirir

KİV: ABŞ və müttəfiqləri Rusiyanın nüvə silahlarına nəzarəti gücləndirir
# 28 sentyabr 2022 08:12 (UTC +04:00)

ABŞ kəşfiyyat orqanları və onların müttəfiqləri Rusiyanın nüvə silahlarına nəzarəti gücləndirir.

APA xəbər verir ki, bu barədə Amerikanın “Politico” qəzeti ABŞ-ın hazırkı və keçmiş rəsmilərinə istinadən yazıb.

Rusiyanın nüvə qüvvələri və strategiyası ilə bağlı kəşfiyyat məlumatlarına çıxışı olan ABŞ hökumətinin sözçüsü nəşrə deyib:

“Biz bunu diqqətlə izləyirik”.

ABŞ və müttəfiqləri əlavə hava, kosmos və kiberkəşfiyyat imkanları işə salıb.

Onun fikrincə, Rusiya nüvə silahından istifadə etmək əmri verilə biləcəyi sahədə kommersiya peyklərindən daha çox istifadə etməyi tapşırıb.

Bundan əlavə, Qərb kəşfiyyat agentlikləri qəzetin qeyd etdiyi kimi, ikili təyinatlı sistemlər və hipersəs raketlərinin quraşdırıldığı Kalininqrada diqqətini artırıb.

Nəşr hesab edir ki, əgər Rusiya həqiqətən də nüvə silahından istifadə etmək istəsə, o zaman ABŞ-ın bundan xəbəri olmaya bilər.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR