KİV: ABŞ və müttəfiqləri Rusiyaya yeni sanksiyalar tətbiq etmək niyyətindədirlər

KİV: ABŞ və müttəfiqləri Rusiyaya yeni sanksiyalar tətbiq etmək niyyətindədirlər
# 12 yanvar 2023 09:31 (UTC +04:00)

ABŞ və onun müttəfiqləri Rusiyaya qarşı yeni sanksiyaları müzakirə edir, neft məhsullarına qiymət həddi tətbiq etmək niyyətindədirlər.

APA TASS-a istinadən xəbər verir ki, bu barədə “The Wall Street Journal” yazıb.

Qeyd edilib ABŞ Maliyyə Nazirliyinin rəsmiləri bu həftə Avropada görüşlər keçirir. Onlar Rusiya Federasiyasından olan neft məhsullarına qarşı məhdudlaşdırıcı tədbirlərin təfərrüatlarını müzakirə edirlər.

Məhdudiyyətlər fevralın 5-dən qüvvəyə minməlidir.

Nəşrin vurğulayır ki, Rusiya neft məhsulları üçün iki qiymət həddinin tətbiqi planlaşdırılır: biri yüksək qiymətli ixrac mallarına, xüsusən dizel yanacağına, digəri isə mazut kimi aşağı qiymətli mallara təsir edəcək.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR