KİV: Bayden ABŞ-da silah satışına nəzarəti gücləndirməklə bağlı sərəncam imzalayacaq

Co Bayden

© APA | Co Bayden

# 14 mart 2023 17:22 (UTC +04:00)

ABŞ Prezidenti Co Bayden ölkədə silah satışına nəzarəti gücləndirmək üçün sərəncam imzalayacaq.

APA xəbər verir ki, bu barədə “Associated Press” məlumat yayıb.

İmzalanacaq sənəd silah alanların şəxsi məlumatlarının daha dərindən yoxlanılmasını və silahın saxlanmasına nəzarətin gücləndirilməsini nəzərdə tutur.

Məlumata əsasən, sözügedən fərman imzalandıqdan sonra Bayden Kaliforniyanın Monterey Park şəhərində çıxış edəcək.

Qeyd edək ki, bu ilin əvvəlində Monterey Parkda 72 yaşlı bir şəxs rəqs studiyasında silahdan atəş açmaqla 11 nəfəri öldürmüşdü.

“Gun Violence Archive” araşdırma təşkilatının hesabatına əsasən, bu ilin ilk 2 ayı ərzində ABŞ-da 3000-ə yaxın insan odlu silahla öldürülüb ki, onların 964 nəfəri uşaq olub.

Həmçinin təşkilatın araşdırmaları onu göstərib ki, 2022-ci il ərzində odlu silahdan açılan atəş nəticəsində 43 600 nəfərdən çox insan həyatını itirib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR