KİV: Bayden İranla münasibətlərin həllində hərbi yolu istisna etmir

KİV: Bayden İranla münasibətlərin həllində hərbi yolu istisna etmir
# 28 yanvar 2023 00:11 (UTC +04:00)

ABŞ Prezidenti Co Bayden İranla münasibətlərdəki problemlərin hərbi yolla həllini istisna etmir.

APA xəbər verir ki, bu barədə Ağ Evin adı açıqlanmayan nümayəndəsi “Əl-Hədəs” telekanalına bildirib.

O qeyd edib ki, ABŞ prezidenti İranla nüvə sazişinə qayıtmağa çalışır.

Ağ Evin sözçüsü də hazırda Tehranla danışıqların Vaşinqton üçün prioritet olmadığını bildirib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR