KİV: Çin 2019-cu ildən ABŞ-yə aid məlumatlar toplayır

KİV: Çin 2019-cu ildən ABŞ-yə aid məlumatlar toplayır
# 11 iyun 2023 05:10 (UTC +04:00)

Çin 2019-cu ildən bəri ABŞ-a dair kəşfiyyat məlumatları toplamaq üçün Kubadakı hərbi bazasından istifadə edir.

APA xəbər verir ki, bu barədə "Politico" nəşri məlumat yayıb.

Qeyd olunur ki, 2021-ci ildə Bayden administrasiyasına “Çinin bütün dünyada xaricdəki infrastrukturunu genişləndirmək səyləri” haqqında məlumat verilib.

Qəzetin yazdığına görə, ABŞ rəsmilərinin fikrincə, Çin Kubadakı mövcudluğunu artırmağa davam edəcək.

"Və biz onları dayandırmağa davam edəcəyik" deyir nəşr.

Bundan əvvəl ABŞ kəşfiyyatı Kuba və Çinin ABŞ-a casusluq etmək üçün adada xüsusi baza yaratmaq barədə məxfi razılığa gəldiyini bildirmişdi.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR