KİV: Haiti prezidentinə sui-qəsddə əsas şübhəlilərdən biri Yamaykada saxlanılıb

Jovenel Moiz

© APA | Jovenel Moiz

# 16 yanvar 2022 04:28 (UTC +04:00)

Yamaykanın hüquq-mühafizə orqanları Haiti Prezidenti Jovenel Moizə sui-qəsdin təşkilində şübhəli bilinən keçmiş haitili senator Con-Joel Jozefi həbs edib.

APA xəbər verir ki, bu barədə şənbə günü Reuters Yamayka polisinə istinadən məlumat yayıb.

Qeyd edək ki, bundan əvvəl Moizi öldürməkdə şübhəli bilinən kolumbiyalı Mario Antonio Palasios Yamaykada saxlanılıb.

Haitinin ekstradisiya tələbinə baxmayaraq, Yamayka hakimiyyəti onu Kolumbiyaya deportasiya etmək qərarına gəlib. Eyni zamanda, Panamada reysə transfer zamanı Palasios saxlanılaraq ABŞ-a göndərilib.

Xatırladaq ki, keçən ilin iyulun 7-də dövlət iqamətgahına hücum zamanı Moizin öldürülüb, həyat yoldaşı isə yaralanıb. Daha sonra hakimiyyət cinayətkar qruplaşmaya 26 Kolumbiya vətəndaşının daxil olduğunu, onlardan bəzilərinin artıq həbs edildiyini açıqlayıb. Qətlə görə 40-dan çox adam həbs edilib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR