KİV: Putinlə Bayden dekabrın 7-də videokonfrans formatında görüşəcək

Co Bayden və Vladimir Putin

© APA | Co Bayden və Vladimir Putin

# 03 dekabr 2021 11:06 (UTC +04:00)

Rusiya və Amerika Birləşmiş Ştatları prezidentləri dekabrın 7-də videokonfrans formatında görüşəcək.

APA xəbər verir ki, bu barədə Rusiyanın “Kommersant” qəzeti məlumat yayıb.

Dövlət başçılarının 2022-ci ildə şəxsən görüşəcəkləri də bildirilib.

Danışıqlarda Avropa və Ukraynadakı situasiya, həmçinin bundan əvvəl əldə olunmuş razılaşmaların icrası barədə müzakirələr aparılacaq.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR