Kolumbiya hərbçiləri 82 milyon dollar dəyərində narkotik maddə müsadirə edib

Kolumbiya hərbçiləri 82 milyon dollar dəyərində narkotik maddə müsadirə edib
# 26 iyun 2022 09:25 (UTC +04:00)

Kolumbiya Hərbi Dəniz Qüvvələri 3 ton kokain və marixuana ələ keçirərək, onların Mərkəzi Amerika ölkələrinə daşınmasına mane olub.

APA xəbər verir ki, bu barədə respublikanın milli müdafiə naziri Dieqo Molano Twitter-də yazıb.

"Narkotik ticarətinə qarşı qətiyyətli mübarizə çərçivəsində Hərbi Dəniz Qüvvələrimiz Choco və Valle del Cauca departamentlərində 3 tona yaxın narkotik maddə ələ keçirdi. Biz Mərkəzi Amerika ölkələrinə təxminən 6 milyon doza kokain və marixuananın daşınmasının qarşısını aldıq" deyə nazir bildirib.

Hərbi Dəniz Qüvvələri ələ keçirilən narkotiklərin qara bazarda 82 milyon dollar dəyərində olduğunu təxmin edir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR