Kolumbiyada 120-dən çox hüquq müdafiəçisi öldürülüb

Kolumbiyada 120-dən çox hüquq müdafiəçisi öldürülüb
# 20 avqust 2022 08:12 (UTC +04:00)

2022-ci ilin ilk 7 ayı ərzində Kolumbiyada 122 hüquq müdafiəçisi öldürülüb.

APA xəbər verir ki, bu statistikanı Kolumbiya Ombudsmanının Ofisi yayıb.

Məlumatda bildirilir ki, 1 yanvar 2022 – 31 iyul 2022-ci il tarixlərində 122 hüquq müdafiəçisi öldürülüb. Ötən ilin müvafiq dövründə isə hüquq müdafiəçiləri arasında öldürülənlərin sayı 90 nəfər idi.

Hüquq müdafiəçilərinə qarşı hücumları əsasən narkotik alverçiləri, gerillalar, bəzi hallarda isə dövlət məmurları törədir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR