Kolumbiyada həbsxanada iğtişaş zamanı 52 məhbus ölüb

Kolumbiyada həbsxanada iğtişaş zamanı 52 məhbus ölüb
# 28 iyun 2022 21:34 (UTC +04:00)

Kolumbiyanın cənub-qərbində yerləşən Tulua şəhərində məhbuslar həbsxanadan qaçmaq istəyərkən iğtişaş baş verib.

APA “Reuters” agentliyinə istinadən xəbər verir ki, Kolumbiyanın Milli Həbsxana İnstitutunun (INPEC) direktoru Tito Kastellanos bildirib ki, yanğın 180 məhbusun olduğu 8-ci palatada baş verib.

Mühafizəçilər qaçışın qarşısını almağa çalışarkən, məhbuslar çarpayılarını yandırıb və yanğın başlayıb.

Hadisə nəticəsində 52 məhbusun öldüyü, 30 nəfərin yaralandığı qeyd edilir.

Polis məhbuslar arasında baş verən iğtişaşı nəzarət altına ala bilmir. Həbsxana ətrafında geniş təhlükəsizlik tədbirləri görülüb.

Kolumbiya Prezidenti İvan Duke “Twitter” hesabında baş verən hadisələrə görə üzr istəyib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR