Kolumbiyada öküz döyüşü zamanı tribuna uçub, 4 nəfər ölüb - VİDEO

Kolumbiyada öküz döyüşü zamanı tribuna uçub, 4 nəfər ölüb - VİDEO
# 27 iyun 2022 00:50 (UTC +04:00)

Kolumbiyanın El Espinal bələdiyyəsində öküz döyüşündə tamaşaçıların olduğu tribunanın uçması nəticəsində azı 4 nəfər ölüb, 60 nəfər yaralanıb.

APA xəbər verir ki, bu barədə Tolima departamentinin qubernatoru Xose Rikardo Orozko məlumat verib.

“Biz Tolima Departamentinin xəstəxana sistemini yüksək hazırlıq vəziyyətinə gətirdik. Hazırda dörd ölüm məlumdur, yaralıların sayı 60 nəfəri ötüb”, - o, “Blu Radio”ya bildirib.

Kolumbiyanın “El Tiempo” qəzetinin məlumatına görə, tribunanın çökməsi nəticəsində ən azı 500 nəfər xəsarət alıb.

Xilasedicilər hadisə yerindədir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR