Kolumbiyada prezident seçkiləri keçirilib

Kolumbiyada prezident seçkiləri keçirilib
# 30 may 2022 02:19 (UTC +04:00)

Kolumbiyada prezident seçkiləri keçirilib.

APA xəbər verir ki, post uğrunda altı namizəd mübarizə aparır.

Məlumata görə, solçu “Tarixi Pakt” koalisiyasını təmsil edən senator Qustavo Petro seçkidə favorit hesab edilir.

Petronun əsas rəqibləri hakim Demokratik Mərkəz Partiyasının dəstəklədiyi sağçı “Kolumbiya uğrunda Komanda” koalisiyasından Federiko Quterrez və özünün siyasi hərəkatı olan Rodolfo Eernandesdir.

Namizədlərdən heç biri 50 %-dən çox səs toplaya bilməsə, iyunun 19-da ikinci tur keçiriləcək.

Bu il Kolumbiyada təxminən 38,8 milyon seçici qeydiyta alınıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR