Kolumbiyanın Risaralda departamentində torpaq sürüşməsi nəticəsində ölənlərin sayı artıb.
APA xəbər verir ki, bu barədə "Caracol" radiostansiyası regional fövqəladə hallar idarəsinin rəhbəri Diana Ramiresə istinadən məlumat yayıb.
Xatırladaq ki, dekabrın 4-də yağış nəticəsində yerindən çıxan qaya parçaları avtobusa və bir neçə avtomobilə dəyib.
***
05.12.2022
Saat 20:23
Sürüşmə nəticəsində torpaq kütləsinin yola tökülməsi Kolumbiyanın Risaralda departamentində çox sayda insan tələfatına səbəb olub.
APA xəbər verir ki, bu barədə Kolumbiya Prezidenti Qustavo Pedro Tvitterdə bildirib.
“Təəssüflə bildirmək istəyirəm ki, Risaraldada ölənlərin sayı 27 nəfərə çatıb. Onlardan üçün uşaqdır” – deyə prezident qeyd edib.
Bir müddət sonra “El Tiempo” saytı torpaq kütləsinin avtobusun üstünə tökülməsi nəticəsində ölənlərin sayının otuzu keçdiyini bildirib.