Konqresmen ABŞ-ın dövlət borcu ilə bağlı prinsipial razılaşmanın əldə olunduğunu təsdiqləyib

Konqresmen ABŞ-ın dövlət borcu ilə bağlı prinsipial razılaşmanın əldə olunduğunu təsdiqləyib
# 28 may 2023 06:19 (UTC +04:00)

ABŞ Konqresinin Nümayəndələr Palatasının spikeri respublikaçı Kevin Makkarti Ağ Evlə respublikaçı konqresmenlər arasında ölkənin dövlət borcu ilə bağlı prinsipial razılığın əldə olunduğunu təsdiqləyib.

APA xəbər verir ki, bu barədə TASS məlumat yayıb.

"Biz Amerika xalqına layiq olan prinsipial razılığa gəldik", - deyə siyasətçi bildrib.

Bundan əvvəl "Punchbowl News" portalı öz mənbələrinə istinadən xəbər vermişdi ki, Ağ Ev və ABŞ Konqresinin Nümayəndələr Palatasının respublikaçıları ABŞ-ın dövlət borcunun yuxarı həddinin artırılması və defoltun qarşısını almaq üçün danışıqlarda büdcə xərclərinin azaldılması ilə bağlı prinsipial razılığa gəliblər.

Mayın 25-də ABŞ Prezidenti Co Bayden bildirib ki, ABŞ administrasiyası və Konqres ölkədə defoltun qəbuledilməz olması ilə razılaşır.

Daha əvvəl Nümayəndələr Palatasının spikeri Kevin Makkarti demişdi ki, ABŞ defoltun qarşısını almaq üçün hərbi xərcləri azaltmayacaq. Bu məsələ Cozef Baydenlə görüşdə müzakirə olunub.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR