Kuba qasırğaya görə ABŞ-dan yardım istəyib - YENİLƏNİB

Kuba qasırğaya görə ABŞ-dan yardım istəyib  - YENİLƏNİB
# 01 oktyabr 2022 08:08 (UTC +04:00)

Kuba Yen qasırğasına görə ABŞ-dan təxirəsalınmaz yardım istəyib.

APA-nın xəbərinə görə bu barədə The Wall Street Journal qəzeti məlumat yayıb.

Bu xahiş gözlənilməz olub, çünki hər 2 ölkə arasında münasibətlər gərgindir. Ağ Evin keçmiş rəhbəri donald Tramp Kubanı terroru maliyyələşdirməkdə ittiham etmişdi. Hazırki prezident Co Bayden də münasibətlərin normallaşması üçün ciddi iş görməyib.

Qəzet yazır ki, Vaşinqton xahişi yerinə yetirsə, diplıomatik münasibətlərdə ciddi dönüş ola bilər.

***

07.13

Yen qasırğası Kubada 8 500 hektardan çox əkin sahəsini məhv edib.

APA xəbər verir ki, bu barədə “Tribuna de La Habana” nəşri məlumat yayıb.

Təbii fəlakət nəticəsində 5 200 hektar banan, 1400 hektar kakao plantasiyası məhv olub. Bundan başqa qasırğa pomidor, düyü və qarğıdalı sahələrini də dağıdıb. Pinar del Rio əyalətində isə təbii fəlakət 200 ton qurudulmuş tütün yarpağını yararsız hala salıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR