Kubada oteldə partlayış nəticəsində 40 nəfər ölüb - YENİLƏNİB-4

Kubada oteldə partlayış nəticəsində 40 nəfər ölüb  - YENİLƏNİB-4
# 10 may 2022 03:50 (UTC +04:00)

Kubanın Havana şəhərinin mərkəzində "Saratoqa" mehmanxanasında baş verən partlayışda ölənlərin sayı artıb.

APA xəbər verir ki, bu barədə “RİA Novosti” agentlyi məlumat yayıb.

Baş verən qaz partlayışı nəticəsində 40 nəfər ölüb.

Xəstəxanada müalicə alan 18 nəfərdən altısının vəziyyəti ağırdır.
***

08.05.2022

Saat 06:00

***

Kubanın Havana şəhərinin mərkəzində "Saratoqa" mehmanxanasında baş verən partlayışda ölənlərin sayı artıb.

APA xəbər verir ki, bu barədə “CNN“ məlumat yayıb.

Hadisə nəticəsində 32 nəfər ölüb.

Daha 80 nəfər xəsarət alıb. Bundan əlavə, 19 nəfər itkin düşmüş hesab edilir.

Qeyd edək ki, partlayış mayın 6-da baş verib.

Bildirilir ki, binada təmir işləri aparılırdı.

***

07.05.2022

Saat 06:11

Havanadakı Saraqota otelində parlayış zamanı 22 nəfər həlak olub.

APA-nın xəbərinə görə, bu barədə hökumət nümayəndələri Tvitterdə yazıb.

Ölənlərin arasında hamilə qadın və uşaqlar da var. 14-ü uşaq olmaqla 64 nəfər xəstəxanaya yerləşdirilib.

***

03.31

Havanadakı Saraqota otelində parlayış zamanı 18 nəfər həlak olub.

APA-nın xəbərinə görə, bu barədə hökumət nümayəndələri Tvitterdə yazıb.

Ölənlərin arasında hamilə qadın və uşaqlar da var. 14-ü uşaq olmaqla 56 nəfər xəstəxanaya yerləşdirilib.

***

01.07

Kubada partlayışda ölənlərin sayı 9 nəfərə çatıb.

APA-nın xəbərinə görə, bu barədə ölkə prezidenti Miqel Dias-Kanel məlumat verib.

Dövlət başçısı yaralı sayının da 40 nəfərə çatdığını bildirib.

***

21.41

Kubanın paytaxtı Havanadakı saraqota otelində güclü partlayış baş verib.

APA-nın xəbərinə görə, Kuba rəsmiləri hadisə barədə Tvitterdə məlumat verib.

Qeyd olunub ki, hadisə nəticəsində 8 nəfər ölüb, 30-dək adam xəsarət alıb. Hadisənin terror aktı olması istisna edilir.

Partlayış nəticəsində binanın 2 mərtəbəsi dağılıb. Hadisəyə qaz sızmasının səbəb olduğu bildirilir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR