Kubada parlament seçkilərində səsvermə başlayıb

Kubada parlament seçkilərində səsvermə başlayıb
# 26 mart 2023 17:45 (UTC +04:00)

Bazar günü Kuba Milli Xalq Hakimiyyət Assambleyasına (birpalatalı parlament) seçkilərdə səsvermə başlayıb.

APA xəbər verir ki, bu barədə TASS-ın məlumat yayıb.

Havanada səsverməyə ilk gələnlər arasında tələbələr və gənclər təşkilatlarının üzvləri olub.

Kuba rəhbərliyi respublikanın müxtəlif bölgələrində səs verir: Prezident Migel Diaz-Kanel hazırda Santa Klaradadır, baş nazir Manuel Marrero Kruz adanın şərqindəki Holgin əyalətindədir, xarici işlər naziri Bruno Rodriges Havana Parrilladakı seçki məntəqələrinin birində səs verib.

Konstitusiyaya görə, Kuba sosialist dövlətdir, burada aparıcı rol Kommunist Partiyasına verilir (ölkədə birpartiyalı sistem var). Konstitusiyaya və 14 iyul 2019-cu il tarixli seçkilər haqqında qanuna əsasən, parlament üzvləri birbaşa ümumi gizli səsvermə yolu ilə seçilir, onların sayı ölkə əhalisinin sayından asılıdır. Bu il parlamentə 470 nəfər seçiləcək.

Namizədlər Kommunist Partiyasının nəzarətində olan dövlət orqanları - bələdiyyə və əyalət xalq hakimiyyəti məclisləri tərəfindən irəli sürülür, sonra Kuba Milli Seçki Komissiyası tərəfindən təsdiqlənir. Ən azı 50 faiz səs toplayan namizəd seçilmiş sayılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR