Kubada yanğında xəsarət alanların sayı artıb

Kubada yanğında xəsarət alanların sayı artıb
# 07 avqust 2022 03:35 (UTC +04:00)

Kubanın paytaxtı Havana yaxınlığındakı neft anbarında baş verən yanğın nəticəsində xəsarət alanların sayı 121 nəfərə çatıb. Onların arasında energetika naziri Nikolas Arronte Krus da var.

APA-nın xəbərinə görə, bu barədə Kuba hökumətinin rəsmiTvitter hesabında məlumat verilib. Bildirilib ki, xəsarət alanlardan üçünün vəziyyəti ağırdır.

Qeyd edək ki, cümə günü Havana yaxınlığındakı Matanas neft anbarında ildırımvurma nəticəsində yanğın başlayıb. Hadisə nəticəsində 17 nəfər itkin düşüb, 800 nəfər təxliyə olunub.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR