Kubada yen Ailə məcəlləsi qəbul edilib

Kubada yen Ailə məcəlləsi qəbul edilib
# 27 sentyabr 2022 06:49 (UTC +04:00)

Kubada referenduma çıxarılmış yeni ailə məcəlləsi qəbul edilib.

APA-nın “Le Matin” saytına istinadla xəbərinə görə, ümumxalq səsverməsində iştirak edənlərin 66%-dən çoxu yeni məcəllənin lehinə, 33%-i isə əleyhinə səs verib. Mərkəzi seçki Komissiyasının sədri Alina balseyro bildirib ki, referendumla yeni məcəllə qəbul edilib. Səsvermədə iştirak göstəricisi 74% olub.

Yeni Ailə məcəlləsinə uşaq və yaşlıların hüquqları genişləndirilib, həmçinin surroqat analığa icazə verilib. Gələn həftədən etibarən yeni qanun 1975-ci ildə qəbul edilmiş məcəlləni əvəz edəcək.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR