Livan ordusu miqrantların Kiprə qeyri-qanuni göndərilməsi cəhdinin qarşısını alıb

Livan ordusu miqrantların Kiprə qeyri-qanuni göndərilməsi cəhdinin qarşısını alıb
# 31 may 2023 03:38 (UTC +04:00)

Çərşənbə axşamı Livan ordusunun patrulları qeyri-qanuni yollarla Kiprə çatmağa çalışan bir qrup suriyalını saxlayıb.

APA-nın “Əl-Vətəniyyə” xəbər agentliyinə istinadən verdiyi məlumata görə, bu barədə respublika Müdafiə Nazirliyinin mətbuat xidmətinin məlumatında deyilir.

"Onların hamısı saxlanılıb, qaçqınları Kiprə çatdırmağı öhdəsinə götürən yerli qaçaqmalçı da həbs edilib. Qanunsuz əməliyyatda iştirak edənlərin hamısının müəyyən edilməsi üçün tədbirlər görülüb, səlahiyyətli orqanlar araşdırma aparır", - sənəddə deyilir.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR