Liz Trass Fransa Prezidenti Emmanuel Makronla görüşüb

Liz Trass Fransa Prezidenti Emmanuel Makronla görüşüb
# 20 sentyabr 2022 21:08 (UTC +04:00)

Böyük Britaniyanın Baş naziri Liz Trass Fransa Prezidenti Emmanuel Makronla görüşüb.

APA-nın Britaniya bürosunun “Downing Street”ə istinadən verdiyi xəbərə görə, Britaniyanın Baş naziri Liz Trass Fransa prezidenti Emmanuel Makronla bu gün Nyu-Yorkda BMT-nin Baş Assambleyasında görüşüb.

Liderlər Ukrayna Silahlı Qüvvələrinin son günlərdə əldə etdiyi irəliləyişləri alqışlayıblar, Ukraynanın hərbi, iqtisadi və siyasi cəhətdən dəstəkləməsinin vacibliyi ilə bağlı razılığa gəliblər.

Baş nazir və prezident Makron Rusiyanın enerjisindən asılılığa son qoymaq və enerji təhlükəsizliyini gücləndirmək üçün birgə işləməyin vacibliyini vurğulayıblar:

“Biz Putinə onun enerji və ərzaq təchizatı ilə bağlı iqtisadi təhdidlərinin baş tutmayacağını göstərməliyik”, - deyə “Downing Street”dən verilən açıqlamada deyilir.

Liderlər dünya bazarında dəyişkənliyi və xərcləri azaltmaq üçün enerji sahəsində Böyük Britaniya-Fransa əməkdaşlığını genişləndirmək barədə razılığa gəliblər.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR