Lula da Silva prezident sarayına baş çəkib - VİDEO - YENİLƏNİB-3

Lula da Silva prezident sarayına baş çəkib - VİDEO  - YENİLƏNİB-3
# 09 yanvar 2023 06:48 (UTC +04:00)

Braziliya prezidenti Lula da Silva dövlət başçısının bazar günü etirazçılar tərəfindən dağıdılmış iqamətgahına, Planalto Sarayına gəlib.

APA-nın məlumatına görə, bu barədə kadrlar “GloboNews” telekanalının efirində nümayiş olunub.

Siyasətçi hadisə yerinə yerli vaxtla saat 22:00-da (Bakı vaxtı ilə 06:00) arvadı və bir qrup şəxsin müşayiəti ilə zərər çəkmiş binalara baxış keçirdikdən sonra gəlib.

Telekanalın məlumatına görə, gərgin iş qrafikinə baxmayaraq, Lula da Silva dağıntıların miqyasını şəxsən qiymətləndirmək üçün sarayın bütün mərtəbələrini gəzib.

***

01.51

Braziliya prezidenti Lula da Silva keçmiş dövlət başçısı Jair Bolsonaronun tərəfdarlarının törətdiyi iğtişaşlarla əlaqədar ölkə paytaxtında 1 aylıq fövqəladə vəziyyət elan edib.

APA-nın xəbərinə görə, dövlət başçısı fərmanı jurnalistlərə özü elan edib.

***

00.20

Braziliyanın yeni seçilmiş prezidenti Lula da Silva paytaxtdan çıxarılıb.

APA-nın “Folha” qəzetinə istinadla məlumatına görə, dövlət başçısı hazırda San-Paulu şəhərindədir. Prezident və 3 nazir vəziyyəti təhlil edir, ölkəyə dəyən ziyanı araşdırır.

***

23.44

Braziliyanın keçmiş prezidenti Jair Bolsonaronun tərəfdarları ölkənin paytaxtında Konqresin binasına basqın ediblər.

APA-nın G1 telekanalına istinadla məlumatına görə, polis aksiyanı dağıtmaq üçün səs qumbaralarından istifadə edib.

Telekanal bildirir ki, dövlət çevrilişinə cəhd edən aksiyaçılar Konqresə soxulublar.

“Folha” qəzetinin məlumatına görə, prezident Lula da Silva hazırda San-Pauludadır.

Aksiya iştirakçıları Braziliyada keçirilən prezident seçkilərinin nəticələrindən narazıdır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR