Maduro ABŞ və Kolumbiyanı ona qarşı sui-qəsd cəhdlərinin təşkilində ittiham edib

Maduro ABŞ və Kolumbiyanı ona qarşı sui-qəsd cəhdlərinin təşkilində  ittiham edib
  • Clock-gray 17:11
  • calendar-gray 22 Sentyabr 2019

Venesuela Prezidenti Nikolas Maduro son illər ona qarşı çoxlu sayda sui-qəsd cəhdlərinin olduğunu bəyan edib.

APA-nın məlumatına görə, N. Maduro "Rossii-1" telekanalına müsahibəsində deyib ki, 2018-ci ilin avqustunda ona qarşı təşkil edilən sui-qəsd cəhdindən sonra da bir neçə sui-qəsd cəhdi olub.

Venesuela Prezidenti həmin sui-qəsd cəhdlərinin hamısının ABŞ-ın dəstəyi ilə Kolumbiyada təşkil olunduğunu söyləyib: “Çox təəssüf ki, ABŞ və Kolumbiya tamamilə kriminal metodlardan istifadə etməyə başlayıb və Prezidenti aradan götürmək üçün siyasi qətl törətməyə cəhd edirlər. Venesuela sülh şəraitində yaşamaq istəyir. Ancaq Vaşinqtondakı strateqlər, ekstremistlər Venesuela ilə hərbi münaqişə üçün plasdarm kimi çoxdan Kolumbiyanı seçiblər. Biz buna imkan verməyəcəyik. Ancaq dünya bilməlidir ki, Kolumbiyada 7 ABŞ hərbi bazası yerləşir. Bu hərbi bazalar bütün Latın Amerikası ölkələrinin, daha çox isə Venesuelanın təhlükəsizliyini təhdid edir".

Qeyd edək ki, N. Maduroya qarşı sui-qəsd cəhdi 2018-ci il avqustun 4-də Karakasda hərbi parad zamanı olub. Hərbi parada tribunaya partlayıcı yüklü bir neçə pilotsuz aparatla hücum olub. Həmin vaxt Venesuela Prezidenti xəsarət almayıb, Prezident Qvardiyasının 7 hərbi qulluqçusu yaralanıb.

apa-logo-mini

Digər xəbərlər

Arxiv

date