Makkarti 15-ci cəhddən sonra ABŞ Nümayəndələr Palatasının sədri seçilib

Kevin Makkarti

© APA | Kevin Makkarti

# 07 yanvar 2023 10:11 (UTC +04:00)

Respublikaçılar Partiyasının lideri Kevin Makkarti səsvermənin 15-ci turunda ABŞ Konqresi Nümayəndələr Palatasının spikeri seçilib.

APA ABŞ KİV-ə istinadən xəbər verir ki, Makkarti ümumilikdə 216 səs toplayıb.

Kaliforniya ştatından olan Kevin Makkarti səslərin əksəriyyətini toplayaraq Nümayəndələr Palatasının spikeri seçilib.

Qeyd edək ki, Nümayəndələr Palatasının spikeri vəzifəsi ABŞ hökumət iyerarxiyasında üçüncü ən vacib vəzifədir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR