Mask: ““Twitter”-in aylıq istifadəçilərinin sayı bir milyardı keçəcək”

İlon Mask, "Space X" şirkətinin qurucusu

© APA | İlon Mask, "Space X" şirkətinin qurucusu

# 27 noyabr 2022 12:24 (UTC +04:00)

“Twitter” sosial şəbəkəsinin aylıq istifadəçilərinin sayı 1-1,5 ildən sonra bir milyard nəfəri keçəcək.

APA xəbər verir ki, bunu sosial şəbəkədəki səhifəsində dünyanın ən varlı adamlarından biri, amerikalı iş adamı və Twitter sahibi İlon Mask bildirib.

"Mən 12-18 ay ərzində Twitter-in aylıq istifadəçilərinin sayının bir milyardı keçəcəyi perspektivini görürəm", - Mask deyib.

Milyarder Twitter-i aldıqdan sonra dəfələrlə sosial şəbəkədən istifadə edənlərin sayının rekord həddə çatdığını bildirib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR