Mask “Twitter”də Trampın hesabının bərpası ilə bağlı sorğu keçirir

Mask “Twitter”də Trampın hesabının bərpası ilə bağlı sorğu keçirir
# 19 noyabr 2022 06:45 (UTC +04:00)

Amerikalı iş adamı, “Twitter”in sahibi İlon Mask sosial şəbəkə istifadəçilərini ABŞ-ın keçmiş prezidenti Donald Trampın hesabının bərpası ilə bağlı sorğuda iştirak etməyə dəvət ediblər.

APA xəbər verir ki, bu barədə Mask, “Twitter”də səsvermə keçirir.

“Keçmiş prezident Trampı bərpa edin” adlı sorğuda cavablardan “bəli” və ya “yox” seçə bilərsiniz.

Sorğu bir gün davam edəcək.

Mask həmçinin popkorn emojisini əlavə edərək “Vox populi vox Dei” yazıb.

Latın dilindən bu söz “xalqın səsi Allahın səsidir” kimi tərcümə olunur.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR