Mayk Pens prezident seçkilərində iştirak etmək üçün sənədlərini təqdim edib

Mayk Pens prezident seçkilərində iştirak etmək üçün sənədlərini təqdim edib
# 05 iyun 2023 19:53 (UTC +04:00)

ABŞ-ın sabiq respublikaçı vitse-prezidenti Mayk Pens 2024-cü il prezident seçkilərində iştirak etmək üçün sənədlərini təqdim edib.

APA xəbər verir ki, bu barədə “Reuters” məlumat yayıb.

Beləliklə, Donald Trampın prezidentliyi dövründə onun əsas müttəfiqlərindən olmuş Pens gələnilki seçkilərdə onun rəqibi kimi iştirak edəcək.

Mayk Pens Trampın seçkilərdə məğlub olmasından sonra onunla münasibətlərinə məsafə qoyub. O, 2021-ci il 6 yanvar tarixində Kapitoli hücumuna görə Trampın aksiyaçıları cəsarətləndirdiyini, nəticədə özünün və ailəsinin təhlükə ilə üzləşdiyini bildirib. Pens Trampın bir çox siyasətini qəbul etsə də, özünü əsasən balanslı və konsensus oriyentasiyalı alternativ kimi təqdim edir. Onun son aylarda ölkənin yevangelist kilsələrinə birbaşa müraciətlər etdiyi və bütün ölkə ərazisində böyük kilsələri ziyarət edərək nəzərəçarpan vaxt keçirdiyi qeyd olunub.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR