Meksikada avtobus qəzasında 14 nəfər ölüb, 20 nəfər yaralanıb

Meksikada avtobus qəzasında 14 nəfər ölüb, 20 nəfər yaralanıb
# 19 may 2022 10:10 (UTC +04:00)

Meksikada avtobus qəzasında 14 nəfər ölüb.

APA RİA “Novosti” agentliyinə istinadən xəbər verir ki, Halisko ştatında kənd təsərrüfatı işçilərini daşıyan avtobus yoldan çıxaraq divara çırpılıb.

“Avtobusun əyləc sistemində nasazlıq yaranıb. Sürücü avtobusu saxlamağa çalışıb, nəticədə nəqliyyat vasitəsi yolun kənarındakı divara çırpılıb. Qəza nəticəsində 14 nəfər ölüb, 20 nəfər xəsarət alıb”, - deyə ştatın Mülki Müdafiə Xidməti “Twitter” hesabında məlumat yayıb.

Ölənlər arasında avtobusun sürücüsü də var.

Hadisə yerində araşdırma aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR