Meksikada güclü zəlzələ olub

Meksikada güclü zəlzələ olub
# 05 noyabr 2022 05:31 (UTC +04:00)

Meksika sahillərində Kaliforniya körfəzində 6,1 bal gücündə zəlzələ qeydə alınıb.

APA xəbər verir ki, bu barədə ABŞ Geoloji Xidməti məlumat yayıb.

Zəlzələnin episentri təxminən 12 min nəfər əhalisi olan Santa Rosaliya şəhərindən 93 km cənubda yerləşir.

Yeraltı təkanlar 10 km dərinlikdə olub.

Tələfat və dağıntılar barədə məlumat yoxdur.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR