Meksikada həbsxanadakı iğtişaşda 14 nəfər ölüb - YENİLƏNİB

Meksikada həbsxanadakı iğtişaşda 14 nəfər ölüb - YENİLƏNİB
# 02 yanvar 2023 08:11 (UTC +04:00)

Meksikada həbsxanada baş verən iğtişaş zamanı ölənlərin sayı artıb.

APA xəbər verir ki, bu barədə Reuters məlumat yayıb.

Hadisə nəticəsində 14 nəfər həlak olub.

Onlardan 10-u təhlükəsizlik işçisidir.

İğtişaş ABŞ sərhədinə yaxın olan Xuares şəhərindəki həbsxanada olub.

Bir qrup silahlı cinayətkar məhbusların bir qismini azad etmək üçün həbsxanaya soxulub.

***

Saat 01:02

Meksikada həbsxanada iğtişaş baş verib.

APA xəbər verir ki, bu barədə “El Universal” məlumat yayıb.

Çiuaua ştatının Syudad-Xuares şəhərindəki 3 saylı həbsxanadakı hadisə zamanı 10 mühafizəçi və 4 məhbus həlak olub.

Qeyri-rəsmi məlumata görə, 20-dən çox məhkum həbsxanadan qaçıb.

Hazırda onların axtarışı aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR