Meksikada hərbi helikopter qəzaya uğrayıb, 3 nəfər ölüb

Meksikada hərbi helikopter qəzaya uğrayıb, 3 nəfər ölüb
# 02 oktyabr 2022 00:57 (UTC +04:00)

Meksika Hərbi Dəniz Qüvvələrinə məxsus “Eurocopter” helikopteri qəzaya uğrayıb.

APA xəbər verir ki, bu barədə “MILENIO” qəzeti məlumat yayıb.

Qəza nəticəsində 3 nəfərin həlak olduğu, daha iki nəfər isə ağır yaralandığı bildirilir.

Hadisə yerinə hakimiyyət nümayəndələri gəlib.

Meksika Hərbi Dəniz Qüvvələri hələlik hadisə ilə bağlı açıqlama verməyib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR