Meksikada itkin düşənlərin sayı yüz min nəfəri keçib

Meksikada itkin düşənlərin sayı yüz min nəfəri keçib
# 17 may 2022 08:17 (UTC +04:00)

Meksikada 1964-cü ildən indiyədək itkin düşənlərin sayı yüz min nəfəri keçib.

APA-nın xəbərinə görə, bu barədə Meksika Daxili İşlər Nazirliyinin statistikasında bildirilir. Qeyd olunur ki, 16 aprel 1964-cü ildən 16 may 2022-ci ilədək 100 012 nəfər itkin kimi qeydiyyata alınıb. Onların 70%-i kişidir. İtkin düşmə halları son 16 ildə kəskin artıb və başlıca olaraq narkotik ticarəti şəbəkəsi ilə əlaqədardır.

Lakih QHT-lər bu rəqəmi çox kiçik hesab edirlər.

Bundan başqa ölkənin morqlarında şəxsiyyəti müəyyən edilməmiş 37 000 meyit var. Morqlar həddən artıq dolduğu üçün bir çox meyit şəxsiyyəti müəyyən edilmədən basdırılıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR