Meksikada naməlum şəxslər 7 nəfəri oğurlayaraq qətlə yetirib

Meksikada naməlum şəxslər 7 nəfəri oğurlayaraq qətlə yetirib
# 26 iyun 2022 06:26 (UTC +04:00)

Meksikanın Yukatan ştatında naməlum şəxslər 7 nəfəri oğurlayaraq qətlə yetirib. Onların meyitləri Çikinsonot rayonundakı rançoda aşkar edilib.

APA-nın xəbərinə görə, bu barədə “El Sol de Mexico” saytı məlumat verib.

Bölgəyə xüsusi təyinatlı polis dəstələri və ordu birləşmələri cəlb olunub. Kütləvi qətl faktı hələ ki rəsmi olaraq təsdiqlənməyib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR