Meksikada naməlum şəxslər insanlara atəş açıb, 6 nəfər ölüb

Meksikada naməlum şəxslər insanlara atəş açıb, 6 nəfər ölüb
# 07 iyun 2022 07:55 (UTC +04:00)

Meksikanın mərkəzindəki Quanaxuato ştatının Salamanka şəhərində namələum şəxslər insanlara atəş açıb.

APA TASS-a istinadən xəbər verir ki, bu barədə “Noticas MVS” radiostansiyası məlumat yayıb.

Hücum nəticəsində azı 6 nəfər həlak olub.

Milli Qvardiya əsgərləri və polis şübhəliləri axtarır.

Ölənlərin kimliyi və qətliamın mümkün motivləri barədə məlumat açıqlanmayıb.

Xatırladaq ki, Quanaxuato ştatı Meksikada ən çox qətl hadisəsinin törədildiyi ərazidir.

Rəsmi rəqəmlərə görə, təkcə 2021-ci ildə Quanaxuatoda 3500-dən çox insan zorakılığın qurbanı olub ki, bu da ölkə üzrə ölənlərin ümumi sayının 10%-dən çoxunu təşkil edir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR